Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Yağıntı intensivləşəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
sosial

Yağıntı intensivləşəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

08-01-2026 17:00 36 Views
IMG

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə "Tvit.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.