Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Azərişıq"da kadr dəyişikliyi olub
sosial

"Azərişıq"da kadr dəyişikliyi olub

08-01-2026 15:00 55 Views
IMG

"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.

"Report"un yerli bürosu məlumat verir ki, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.

Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.