Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin XİN medianın bu məlumatını təkzib etdi
dünya

Çin XİN medianın bu məlumatını təkzib etdi

08-01-2026 12:00 76 Views
IMG

Çin hakimiyyəti ABŞ Konqresinə qarşı həyata keçirilən haker hücumlarında iştirak etmədiyini bildirir və bu məsələ ilə bağlı yayılan böhtanları qəbuledilməz hesab edir.

 

Tvit.az xəbər verir ki, bu bəyanatla Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin çıxış edib.

 

“Xakerlik məsələsinə gəldikdə isə vurğulamaq istərdim ki, biz ardıcıl şəkildə haker fəaliyyətinə qarşı çıxır və qanuna uyğun olaraq onunla mübarizə aparırıq”, - deyə o, brifinq zamanı ABŞ Konqresinə guya Çin hakerlərinin cəlb olunduğu barədə KİV-də yayılan məlumatlara münasibət bildirməsi xahişi ilə müraciət edən Qərb jurnalistinə cavab verib.

 

Rəsmi nümayəndənin sözlərinə görə, Pekin bu məsələ ilə bağlı mövqeyini artıq dəfələrlə bəyan edib.

 

“Biz Çinə qarşı siyasi məqsədlərlə yalan məlumatların yayılmasına daha qətiyyətlə qarşı çıxırıq”, — deyə o, fikrini yekunlaşdırıb.