Güləş üzrə Azərbaycan çempionatına start verilib.
Tvit.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşib.
Həlledici mərhələyə yüksələn idmançılar 55, 63, 72, 82, 97 kq çəki dərəcələrində mübarizə aparıblar.
55 kq
Elmir Əliyev (Neftçi) – Rəşad Məmmədov ("Neftçi", Şəmkir)
63 kq
Ziya Babaşov (Neftçi) – Sakit Quliyev (Neftçi)
72 kq
Fəraim Mustafayev (Neftçi) – Xalid Həsənov (Neftçi)
82 kq
Elmin Əliyev (MOİK Lənkəran) – Tuncay Vəzirzadə (Neftçi)
97 kq
Məhəmməd Əhmədiyev (Neftçi) – Murad Əhmədiyev (Neftçi)
Qeyd edək ki, sabah bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək. Çempionatın açılış mərasimi 17:00-da başlayacaq.