Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Bakıdan Ermənistana növbəti neft partiyası göndərilir
iqtisadiyyat

Bakıdan Ermənistana növbəti neft partiyası göndərilir

07-01-2026 19:00 36 Views
IMG

Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

 

Tvit.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton Aİ-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton Aİ-95 markalı benzin daxildir.

 

Qeyd edək ki, Azərbaycanın 1 300 ton Aİ-95 markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.