Ukrayna prezidenti Vladimir Zelenski Kiprə səfər edib.
Tvit.az xəbər verir ki, bu barədə mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Məlumata görə, çərşənbə günü, yanvarın 7-də Zelenski Kipr prezidenti Nikos Hristodulidis və arxiyepiskop Georgi ilə görüşəcək. Həmçinin Ukrayna liderinin Kiprin Avropa İttifaqı Şurasına sədrliyinin açılış mərasimində, eləcə də Avropa Şurasının prezidenti Antoniu Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə görüşdə iştirakı planlaşdırılır.
Aysel Şirinova