Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 13 əcnəbi vətəndaşı Gürcüstandan çıxarıblar.
Tvit.az Gürcüstan mediasına istinadla xəbər verir ki, deport edilənlər Türkmənistan, İran, Kuba, Türkiyə, Tailand və Azərbaycan vətəndaşlarıdır.
Qeyd olunur ki, ümumilikdə ötən il ərzində Gürcüstandan çıxarılan xarici vətəndaşların ümumi sayı 1311 nəfər olub.