Türkiyənin "Beşiktaş" klubu qapıçısı Mərt Günokla yollarını ayırıb.
Tvit.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Qeyd edək ki, M. Günok 2021/2022 mövsümündən "Beşiktaş"ın formasını geyinib. O, komanda ilə Türkiyə Kubokunun və Superkubokunun qalibi olub.