Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qarabağın minalardan təmizlənməsi üçün 75 milyon ayrıldı
sosial

Qarabağın minalardan təmizlənməsi üçün 75 milyon ayrıldı

05-01-2026 23:00 59 Views
IMG

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin 2026-cı il ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün 74,9 milyon manat vəsait ayrılıb.

 

Tvit.az xəbər verir ki, işlərin görülməsi üçün ANAMA 5 şirkətlə müqavilə imzalayıb.

 

Bu şirkətlər "Safe Point" QSC, "Qaya Safety Solutions", "Delta Clearing Solutions", "AlphaDemining" və "Azerbaijan Demining Company" MMC-lərdir.

 

Müqavilələrin hər birinin dəyəri 14 milyon 995 min 204 manatdır.

 

Qeyd edək ki, "Safe Point" QSC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat, qanuni təmsilçisi isə Vahid Ömərovdur.

 

100 manat nizamnamə kapitalına sahib olan “Qaya Safety Solutions" MMC də 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Turan Səmidlidir.

 

"Delta Clearing Solutions" MMC-nin qanuni təmsilçisi Seymur Bağırzadədir. 2024-cü ildə dövlət qeydiyyatına alınan şirkətin 100 manat nizamnamə kapitalı var.

 

"AlphaDemining" və "Azerbaijan Demining Company" şirkətləri 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hər iki şirkətin nizamnamə kapitalı 100 manatdır. "AlphaDemining" MMC-nin qanuni təmsilçisi Hüseyn Cəfərov, "Azerbaijan Demining Company"nin təmsilçisi isə Kamran Məmmədovdur.

 

"AlphaDemining" MMC-nin dövlətə 2782.42 manat borcu mövcuddur. "Azerbaijan Demining Company"nin borcu isə 366 min 21.54 manat təşkil edir.