Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı
sosial

Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı

05-01-2026 13:00 44 Views
IMG

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-dən "Tvit.az"a verilən xəbərə görə, yanvarın 3-də və 4-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 26 avtomat silahı, 26 qumbara, 11 tüfəng, 38 patron darağı və 1230 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.