Soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubları ünvanlayıblar.
"Tvit.az" xəbər verir ki, məktublarda Dövlət başçısı doğum günü münasibətilə ürəkdən təbrik edilib. Ona möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətində davamlı uğurlar və Azərbaycanı daha yüksək zirvələrə aparan yolda böyük nailiyyətlər arzu olunub. Prezident İlham Əliyevə ölkəmizin və xalqımızın rifahı yolunda fədakar xidmətlərinə görə dərin minnətdarlıq edilib. Dünya azərbaycanlılarının hər zaman dövlət başçısının ətrafında sıx birləşəcəyi vurğulanıb.
Dünya azərbaycanlıları Prezident İlham Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətini uğurla davam etdirməsini, xüsusilə də diaspor fəaliyyətinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Bunu təkrarsız vətənpərvərliyin, möhkəm dövlətçilik əqidəsinin və xalqa dərin bağlılığın parlaq nümunəsi adlandırıblar.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Zəfərin xalqımıza böyük qürur və məğrurluq hissi yaşatdığını xüsusi qeyd ediblər. Bu tarixi Qələbənin Azərbaycan diasporunun gücünə güc qatdığı, dünya azərbaycanlılarının Prezident İlham Əliyevə olan inam və dəstəyini daha da möhkəmləndirdiyini diqqətə çatdırıblar.
Həmçinin Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkənin daha sürətli inkişafı, dünyada nüfuzunun artması istiqamətində apardığı qətiyyətli siyasəti bütün dünya azərbaycanlılarının qürurla izlədiyini ifadə ediblər.
Təbriklərlə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://president.az/az/documents/category/letters