Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Mahmud Abbas İlham Əliyevə məktub göndərdi
sosial

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

29-12-2025 19:00 17 Views
IMG

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Tvit.az xəbər verir ki, məktubda qeyd olunur:

 

"Hörmətli cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram.

 

Eyni zamanda, Sizi Yeni - 2026-cı il münasibətilə də təbrik edirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınıza və bütün xalqlara səadət, xeyir-bərəkət, sülh və müvəffəqiyyət gətirməsini arzu edirəm.

 

Zati-aliləri, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".