Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında bu səhər Yalovada terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı şəhid olan polis əməkdaşları üçün Allahdan rəhmət diləyib.
Tvit.az-ın məlumatına görə, sosial media hesabı paylaşımında şəhidlərin ailələrinə və Türkiyə Polis Təşkilatına başsağlığı verən Prezident Ərdoğan belə deyib:
“Bu səhər Yalovada terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyat zamanı şəhid olan qəhrəman polis əməkdaşlarımıza Allahdan rəhmət diləyirəm; ailələrinə səbir, Polis Təşkilatımıza, ölkəmizə və millətimizə başsağlığı arzulayıram. Allah şəhidlərimizin ruhunu şad, məkanlarını cənnət etsin. Yaralanmış polis əməkdaşlarımıza Allahdan tezliklə sağalmağı diləyirəm".
Aysel Şirinova