Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür? - Vüqar Ələkbərovla bağlı araşdırma başladı (FOTO)
turizm

Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür? - Vüqar Ələkbərovla bağlı araşdırma başladı (FOTO)

29-12-2025 12:00 14 Views
IMG

Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı Baş Prokurorluqda yenidən araşdırma aparılır. 

"Tvit.az" Aztimes.az-a istinadən xəbər verir ki, bu ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən “Universal Hospital”da tanınmış xanım müğənnilərdən birinin üzərində sinə kiçiltmə əməliyyatı aparıb. Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istəməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb. Belə ki, əməliyyatdan sonra qadının sinə nahiyəsində nikrozlaşma (çürümə) müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.

İddialara əsasən, yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıb. Hazırda daxil olan məlumata görə, Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır.
 
 
Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür? - Vüqar Ələkbərovla bağlı araşdırma başladı (FOTO)