Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Milanoviç İlham Əliyevi təbrik etdi
siyasət

Milanoviç İlham Əliyevi təbrik etdi

22-12-2025 12:00 16 Views
IMG

Xorvatiyanın Prezidenti Zoran Milanoviç azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Tvit.az"ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi` çatdırıram. Sizə möhkəm cansağlığı, həm şəxsi həyatınızda, həm də dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Xorvatiya və Azərbaycan xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə səylərimizlə qarşılıqlı dostluğu və ikitərəfli əlaqələri möhkəmləndirməyə və dərinləşdirməyə davam edəcəkdir.

Sizə ən xoş arzularımı çatdırır, ölkənizin vətəndaşlarına tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".