Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələri Qara dəniz üzərində uçuşlar həyata keçirib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.
“Uzaqmənzilli aviasiya heyətləri müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit Okean, Baltik və Qara dənizlərin neytral suları üzərində uçuşlar həyata keçirirlər. Rusiya Aerokosmik Qüvvələrinin bütün təyyarələrinin uçuşları beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir”,- məlumatda deyilir.
Elmin Alışov