Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya bombardmançı təyyarələri Qara dəniz üzərində uçdu
dünya

Rusiya bombardmançı təyyarələri Qara dəniz üzərində uçdu

16-12-2025 20:00 44 Baxış
IMG

Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələri Qara dəniz üzərində uçuşlar həyata keçirib.


Tvit.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.


“Uzaqmənzilli aviasiya heyətləri müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit Okean, Baltik və Qara dənizlərin neytral suları üzərində uçuşlar həyata keçirirlər. Rusiya Aerokosmik Qüvvələrinin bütün təyyarələrinin uçuşları beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir”,- məlumatda deyilir.


Elmin Alışov