Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Barselona"nın futbolçusunda rotavirus aşkarlanıb
sport

"Barselona"nın futbolçusunda rotavirus aşkarlanıb

28-11-2025 21:00 92 Views
IMG

"Barselona"nın müdafiəçisi Ronald Arauxo xəstəlik səbəbindən İspaniya La Liqasının 14-cü turunda "Alaves"lə oyunu buraxacaq.

 

Tvit.az xəbər verir ki, oyun 29 noyabr şənbə günü keçiriləcək.

 

"Onun rotavirus infeksiyası var. O, bu gün və sabah məşq edə və oynaya bilməyəcək. Hamımız depressiyadayıq", - "Marca" katalonların baş məşqçisi Hans-Diter Flikin sözlərindən sitat gətirib.

 

Qeyd edək ki, bu mövsüm 26 yaşlı uruqvaylı İspaniya La Liqasında 11 oyun keçirib və iki qol vurub.