İran 2026 futbol üzrə Dünya Çempionatının final hissəsinin püşkatma mərimini boykot etdiyini elan edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Tehranın belə bir qərar qəbul etməsinə səbəb ABŞ hökumətinin İrandan olan rəsmi nümayəndə heyətinin bir neçə üzvünə, o cümlədən İranın Futbol federasiyasının rəhbəri Mehdi Taca viza verməməsi olub.
“Biz artıq FİFA-nı məlumatlandırmışıq ki, qəbul olunmuş qərarın idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri dünya çempionatının püşk atmasında iştirak etməyəcəklər”, - İranın futbol assosasiyasının nümayəndəsi bildirib.
Qeyd edək ki, Dünya Çempionatının püşkatması dekabrın 5-də Vaşinqtonda keçiriləcək. Püşkatma mərasimini boykot etməsinə rəğmən İran yığması 2026-cı ilin dünya çempionatında iştirak edəcək. Dünyanın ən mötəbər idman turniri iyunun 11-dən iyulun 19-a kimi ABŞ, Kanada və Meksikada keçiriləcək.