Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Əsərlərimiz Türkiyə teatrlarında səhnələşdiriləcək
sosial

Əsərlərimiz Türkiyə teatrlarında səhnələşdiriləcək

25-11-2025 18:00 23 Views
IMG

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş İdarəsi Azərbaycan dramaturqlarının əsərlərinin Türkiyə səhnələrində nümayişi ilə bağlı yeni qərar qəbul edib.

 

Bu barədə Tvit.az-a Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

 

Məlumata görə, Azərbaycan dramaturgiyasının Türkiyə teatr mühitinə inteqrasiyasını nəzərdə tutan yeni əməkdaşlıq razılaşması Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş İdarəsinin rəhbəri Tamer Karadağlı arasında keçirilən görüşdə əldə edilib.

 

Görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyə türkcəsinə tərcümə edilən “Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri”, “Cəfər Cabbarlının teatr əsərləri” və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc (Göytürklər)” pyesi Türkiyə teatrlarının Ədəbiyyat Qurumuna təqdim olunub.

 

Teatrlar Baş İdarəsi, eyni zamanda, Hüseyn Cavidin “İblis”, Elçin Əfəndiyevin “Qatil” və “Arılar arasında” əsərlərinin də Nazirliyin Ədəbiyyat Qurumu tərəfindən təsdiqlənərək ölkənin müxtəlif teatrlarında səhnələşdirilməsi üçün tövsiyə olunduğunu açıqlayıb.