Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda 6 rəqəmli maşın nömrələri veriləcək? - DYP-dən açıqlama
sosial

Azərbaycanda 6 rəqəmli maşın nömrələri veriləcək? - DYP-dən açıqlama

21-11-2025 15:00 34 Views
IMG

"Altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir".

"Tvit.az" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rövşən Tağıyev məlumat verib.

"Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq",- deyə o qeyd edib.