Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ İsrailin hərbi üstünlüyünün qorunacağına zəmanət verib - Netanyahu
dünya

ABŞ İsrailin hərbi üstünlüyünün qorunacağına zəmanət verib - Netanyahu

20-11-2025 23:00 45 Views
IMG

ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Vaşinqtonun İsrailin keyfiyyət üstünlüyünü tam qoruyacağına dair təminat alıb.

Tvit.az xəbər verir ki, bu barədə açıqlamanı İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satılacağını elan etməsindən sonra verilib.
Netanyahunun sözlərinə görə, Rubio ona ABŞ-ın Yaxın Şərq ölkələrinə silah və hərbi sistemlərin tədarükü zamanı İsrailin üstün mövqeyini qorumaqda qətiyyətli olduğunu bir daha bildirib.
Baş nazir bildirib ki, ABŞ rəsmisi həmçinin təsdiqləyib ki, İsrailin F-35 təyyarələri ilə bağlı üstünlüyü qanunla təmin olunur.

Aysel