Aİ ölkələri açıq dənizdə Rusiya neftini daşıyan tankerlərin saxlanılması imkanlarını müzakirə edib, lakin praktiki qərar qəbul etməyib.
Tvit.az xəbər verir ki, bu barədə Aİ xarici işlər naziri Kaja Kallas danışıb.
"Biz bunu nazirlərlə müzakirə etdik və müzakirə davam edəcək", - o, xarici işlər nazirlərinin açıq dənizdə Rusiya neftini daşıyan tankerlərin saxlanılması və yoxlanılması imkanları ilə bağlı razılığa gəlib-gəlmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.
O, əlavə edib ki, nazirlər həmçinin "bu gəmilərin hərəkətini, məsələn, ekoloji iddialar və ya sığorta iddiaları ilə gecikdirmək" yollarını müzakirə ediblər. Aİ həmçinin bu məsələləri Aİ üzvü olmayan ölkələrlə, o cümlədən tankerləri qeydiyyatdan keçirən ölkələrlə müzakirə etməyə çalışır.