Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Hakim olmaq istəyənlərin nəzərinə!
sosial

Hakim olmaq istəyənlərin nəzərinə!

20-11-2025 18:00 13 Views
IMG

Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin yazılı imtahan verəcəyi tarix məlum olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

 

Bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanan 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108) yazılı imtahan keçiriləcək.

 

Bununla əlaqədar namizədlər "imtahana buraxılış vərəqəsi"ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.