Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Gələn ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək" - Vüqar Qurbanov
sosial

"Gələn ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək" - Vüqar Qurbanov

20-11-2025 14:00 15 Views
IMG

Gələn ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək.

"Tvit.az" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, bununla bağlı danışıqlara artıq başlanılıb:

"Az sayda olsa belə növbəti ildən digər ölkələrin donor banklarından istifadə edilərək sümük iliyi transplantasiyası əməliyyatları icra ediləcək. Bu da ciddi bir irəlləyiş olacaq".

V.Qurbanov həmçinin Sümük İliyi Transplantasiyası Mərkəzində uyğunluq testlərinin həyata keçirilməsi üçün laboratoriyaların hazır olduğunu da söyləyib:

"Gələn ilin ortalarına yaxın digər donorlardan xəstəyə sümük iliyi transplantasiyasının şahidi olacağıq".