Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Narkotik vasitənin təsiri altında maşın idarə edən sürücü həbs edildi
sosial

Narkotik vasitənin təsiri altında maşın idarə edən sürücü həbs edildi

20-11-2025 10:00 30 Views
IMG

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "Vaz 21154" markalı nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Tvit.az"a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün müddətinə inzibati qaydada həbs edilib.