Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu maşınlar satışa çıxarılır: Qiymətlər 1300 manatdan başlayır
sosial

Bu maşınlar satışa çıxarılır: Qiymətlər 1300 manatdan başlayır

19-11-2025 19:00 22 Views
IMG

Dekabrın 18-də müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Hərracda ümumilikdə 17 nəqliyyat vasitəsi satışa təqdim olunacaq.

 

Tvit.az Valyuta.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında Xarici İşlər Nazirliyinin balansında olan 2014-cü il buraxılışlı "Honda Akkord" 9 000 manat start qiyməti ilə, 2011-ci il buraxılışlı "Nissan Tiana" isə 8 500 manat start qiyməti ilə satışa çıxarılıb.

 

Eyni zamanda, BMV 528i 14 000 manat, BMV 740Li isə 12 500 manat start qiyməti ilə təklif olunur. Avtomobillər müvafiq olaraq 2012-ci və 2014-cü illərə aiddir.

 

Digər qurumlar tərəfindən təqdim olunan nəqliyyat vasitələri arasında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən satışa çıxarılan "Hunday Kounti" (2003-cü il, 9 700 manat) və "İsuzu Ekobus" (2012-ci il, 13 300 manat) avtobusları da yer alır.

 

Hərracda, həmçinin yük və xüsusi təyinatlı avtomobillər də var. "Azəristiliktəchizat" ASC-yə məxsus 1989-cu il buraxılışlı UAZ-3741 1 300 manata, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Zuğulba" iqamətgahının balansındakı 2006-cı il buraxılışlı "ZiL-433362" isə 4 700 manat start qiyməti ilə təklif olunur.

 

Hərracda iştirak etmək üçün start qiymətinin 10%-i qədər beh ödənilməsi tələb olunur.