Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
sosial

Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub

19-11-2025 16:00 19 Views
IMG

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmədə hökm oxunub.

Tvit.az reporta istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Ramin Şükürovun 10, Xalid Əizmovun 9, Emil Nəbiyevin isə 8 il azadlıqdan məhrum edilməsini məhkəmə təklif edib.

Prokuror hər üç təqsirləndirilən şəxsin məhkəmə zalından həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxslər və vəkillər çıxışları zamanı ittihamları qəbul etmədikləri və məhkəmənin barələrində bəraət hökmü çıxarılmasını istəyib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Ramin Şükürov 4 il sınaq müddəti seçilməklə 10 il şərti, Xalid Əzimov 2 ilin 6 ay müddətinə sınaq müddəti seçilməklə 9 il şərti, Emil Nəbiyevin isə 3 il sınaq müddəti seçilməklə 8 il şərti cəza verilib.

Hər üç təqsirləndirilən müəyyən dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.