Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ-ın Səudiyyə Ərəbistanına satacağı F-35 təyyarələri İsrailə satılan təyyarələrə çox bənzəyir - Tramp
dünya

ABŞ-ın Səudiyyə Ərəbistanına satacağı F-35 təyyarələri İsrailə satılan təyyarələrə çox bənzəyir - Tramp

18-11-2025 22:00 20 Views
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Səudiyyə Ərəbistanına satmağı planlaşdırdığı F-35 qırıcıları İsrailə təqdim edilən modellərlə “çox bənzər” olacaq.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla birgə çıxışı zamanı verib. Prezidentə İsrailin bölgədə hərbi üstünlüyünün necə qorunacağı ilə bağlı sual ünvanlandıqda o, hər iki ölkənin ABŞ üçün mühüm tərəfdaş olduğunu deyib.
Onun sözlərinə görə, İsrail belə təyyarələrin “daha aşağı səviyyəli versiyasını” istəyir, lakin Tramp zarafatla bunun Səudiyyə Ərəbistanını məmnun etmədiyini bildirib.

Aysel