Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ-nin Qəzza ilə bağlı qətnaməsi beynəlxalq hüquqi qərarlara ziddir - Rusiya
dünya

ABŞ-nin Qəzza ilə bağlı qətnaməsi beynəlxalq hüquqi qərarlara ziddir - Rusiya

18-11-2025 21:00 22 Views
IMG

Amerikanın Qəzza zolağı ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul etdiyi qətnamə Fələstin dövlətinin yaradılması ilə bağlı beynəlxalq hüquqi qərarlara ziddir.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

“Etiraf edilməlidir ki, 2803 saylı Qətnamə Təhlükəsizlik Şurasına sülh və təhlükəsizliyi qorumaq üçün lazımi səlahiyyətlər vermir və həqiqi sülhməramlılıq ruhuna və 1967-ci il sərhədləri daxilində müstəqil və ərazicə bitişik Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutan hamı tərəfindən tanınmış beynəlxalq hüquqi qərarlara ziddir, - deyə Rusiya diplomatik şöbəsi qeyd edib.

Aysel Şirinova