Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu domenlərdə problem qeydə alınmadı
sosial

Bu domenlərdə problem qeydə alınmadı

18-11-2025 19:00 12 Views
IMG

"Cloudflare" antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətindəki fasilənin "AzStateNet" şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb.

 

Tvit.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bəyan edub.

 

"Təhlükəsizliyini təmin etdiyimiz dövlət informasiya ehtiyatları və "AzstateNet" şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək, 24/7 monitorinq olunur. "Cloudflare" kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axınının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir" - deyə məlumatda qeyd olunub.