Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial ANAMA əməkdaşı minaya düşdü - Ayağı amputasiya edildi
sosial

ANAMA əməkdaşı minaya düşdü - Ayağı amputasiya edildi

17-11-2025 13:00 18 Views
IMG

Qazax rayonunda mina hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində 2025-ci il 17 noyabr tarixində mina hadisəsi baș verib.

Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.