Noyabrın 15-də doğma yurduna yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb.

"Tvit.az" xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 219 nəfərdən ibarət 50 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.