Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ nümayəndəsi Həmas rəsmisi ilə ikinci görüşə hazırlaşır
dünya

ABŞ nümayəndəsi Həmas rəsmisi ilə ikinci görüşə hazırlaşır

14-11-2025 23:00 15 Views
IMG

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın günlərdə Həmas-ın yüksək rütbəli rəsmisi Xəlil Əl-Hayya ilə görüşməyi planlaşdırır. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, görüşün əsas mövzusu Qəzza üzrə davam edən atəşkəs prosesidir.

Bu, Vitkoffun Əl-Hayya ilə ikinci görüşü olacaq. O, oktyabrın 9-da Misirdə atəşkəs razılaşması imzalanmazdan bir neçə saat əvvəl Həmas-ın danışıqlar qrupunun üzvləri və Donald Trampın müşaviri Cared Kuşnerlə birlikdə həmin heyətlə ilk dəfə görüşmüşdü.