Cənubi Koreya prezidenti Lee Jae Myung, ABŞ ilə imzalanan ticarət sazişi və təhlükəsizlik sahəsində əməkdaşlıq razılaşmalarına dair birgə memorandumun buraxıldığını açıqladı.
Tvit.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.
“Bu razılaşma ilə Cənubi Koreya-ABŞ ittifaqı təhlükəsizlik, iqtisadiyyat və qabaqcıl texnologiyanı əhatə edən gələcəyə yönəlmiş hərtərəfli strateji müttəfiqliyə çevrildi”,- məlumatda deyilir.
Elmin Alışov