Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib hövzəsi və Sakit okean regionlarında hərbi fəaliyyətini artırdığını əsas gətirərək, ölkədə milli müdafiə komandanlıqları yaradılması barədə göstəriş verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Maduro bəyan edib ki, o, ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi halında xalq müqavimətini və yerli müdafiəni təşkil etmək üçün bu addımı atıb.
Elmin Alışov