Suriya hakimiyyəti İŞİD terror təşkilatının ölkə Prezidenti Əhməd əş-Şaraaya qarşı iki sui-qəsd planını pozub.
Tvit.az bildirir ki, bu barədə "Reuters" agentliyi Suriya Təhlükəsizlik Xidmətindəki mənbəyə və Yaxın Şərq ölkəsindən olan anonim məmura istinadən xəbər verir.
Sui-qəsd planları son bir neçə ayda ifşa edilib. Təşkilatın sui-qəsdlərindən birinin Suriya liderinin iştirak edəcəyi "əvvəlcədən elan edilmiş nişan mərasimi" zamanı həyata keçirilməsi planlaşdırılırdı. Planın digər detalları dəqiqləşdirilir.