Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya FIFA İtaliya və Norveç futbol federasiyalarını cərimələyib
dünya

FIFA İtaliya və Norveç futbol federasiyalarını cərimələyib

07-11-2025 22:00 23 Views
IMG

FIFA İsrailə qarşı keçirilən oyunlarda baş verən insidentlərə görə İtaliya və Norveç futbol federasiyalarını cərimələnib. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, hadisələr ötən ay baş tutan Dünya çempionatının seçmə mərhələsi oyunları zamanı yaşanıb.

FIFA-nın açıqlamasına görə, İtaliya Futbol Federasiyası təxminən 15 500 ABŞ dolları, Norveç Futbol Federasiyası isə təxminən 12 400 ABŞ dolları məbləğində cərimə olunub.

Cərimələr milli himnlərin ifası zamanı yaranan qarışıqlıq, azarkeşlərin meydançaya girməsi və oyunlardakı “təhlükəsizlik və qayda pozuntuları” ilə bağlıdır.

Aysel