Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp: Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələri tezliklə işə başlayacaq
dünya

Tramp: Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələri tezliklə işə başlayacaq

07-11-2025 12:00 13 Views
IMG

ABŞ prezidenti Donald Tramp Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin çox yaxında quruda fəaliyyətə başlayacağını bildirib.


Tvit.az xəbər verir ki, Tramp Ağ Evdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentlərini qəbul etdiyi C5+1 sammitində xarici siyasət gündəmi ilə bağlı sualları cavablandırıb.


Hazırda Qəzzada sülhün yaxşı getdiyinə və atəşkəsin davam etdiyinə diqqət çəkən Tramp, region ölkələri və müttəfiqləri ilə sıx əməkdaşlıq etdiklərini bildirib.


Qeyd edək ki, Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin qurulmasında əsas məqsəd Qəzzada atəşkəs və ondan sonrakı yenidənqurma prosesinə nəzarət etməkdir.


Elmin Alışov