Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Ayaks" "Qalatasaray" məğlubiyyətindən sonra baş məşqçisi ilə yollarını ayırıb
sport

"Ayaks" "Qalatasaray" məğlubiyyətindən sonra baş məşqçisi ilə yollarını ayırıb

06-11-2025 20:00 13 Views
IMG

Niderland təmsilçisi "Ayaks" baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Onun sözləşməsi 2027-ci ildə başa çatacaqdı.

 

Çalışdırıcının komandadan göndərilməsinin səbəbi uğursuz nəticələr olub. "Ayaks" son olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda, doğma meydanda "Qalatasaray"a (Türkiyə) 0:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, "Ayaks" Niderland çempionatında 20 xalla dördüncüdür. Çempionlar Liqasında isə 0 xalla sonuncu - 36-cı yerdə qərarlaşıb.