Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Qarabağ" - "Çelsi" oyununda hesab bərabərləşdi - YENİLƏNİR
sport

"Qarabağ" - "Çelsi" oyununda hesab bərabərləşdi - YENİLƏNİR

05-11-2025 23:00 26 Views
IMG

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda hesab yenidən bərabərləşib.

"Tvit.az" xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən matçda qonaqlar tablodakı rəqəmləri eyniləşdiriblər - 2:2.

Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

22:50

XXX

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ikinci hissə başlayıb.

"Tvit.az" xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.

XXX

22:33

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ilk hissə başa çatıb.

"Tvit.az" xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə üstün yollanıblar.

Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.

XXX

22:23

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda Ağdam təmsilçisi önə keçib.

"Tvit.az"
 xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Yankoviç penaltidən fərqlənib.

XXX

22:14

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.

"Tvit.az" xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Qarabağ"ın heyətində Leandro Andrade fərqlənib.

XXX

22:02

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.

"Tvit.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

XXX

21:45

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.

"Tvit.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir.