Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında yeni sammit üçün lazımi şərtlər yerinə yetirilməyib.
Tvit.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Ən yüksək səviyyədə keçirilən istənilən görüş hərtərəfli hazırlıq və bütün aspektlərin hərtərəfli nəzərdən keçirilməsini tələb edir. Belə bir görüş üçün nə birinci, nə də ikinci şərt bu günə qədər yerinə yetirilməyib”,- deyə müavin vurğulayıb.
Elmin Alışov