Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Cənubi Qafqazda vəziyyət yaxşılaşmağa meyllidir - Şoyqu
dünya

Cənubi Qafqazda vəziyyət yaxşılaşmağa meyllidir - Şoyqu

05-11-2025 14:00 21 Views
IMG

Cənubi Qafqazda sülh prosesinin irəliləməsi üçün "3+3" platformasının məşvərət və regional qrupunun işinin bərpası vacibdir.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

"Ümumilikdə, Cənubi Qafqazda vəziyyət yaxşılaşmağa meyllidir. Eyni zamanda, sülh prosesinin ilk növbədə regional ölçülərə sahib olması lazım olduğu fikrindən irəli gəlirik. Bu kontekstdə "3+3" platformasının məşvərət və regional qrupunun işinin bərpası vacibdir," - o, MDB ölkələrinin təhlükəsizlik şuralarının katiblərinin Moskvada keçirilən XIII iclasında bildirib.

Aysel Şirinova