Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi
sosial

Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi

04-11-2025 20:00 30 Views
IMG

Xankəndidə küçələrin birinə Ənvər Paşanın adı verilib.

 

Tvit.az xəbər verir ki, bu barədə İctimai TV məlumat yayıb.

 

Bildirilib ki, müvafiq qərarla şəhərin mərkəzi küçələrindən biri Ənvər Paşanın adını daşıyacaq.

 

Qeyd edək ki, Ənvər Paşa Osmanlı dövlətinin böyük ictimai-siyasi və hərbi şəxsiyyətlərindən olub. 1918-ci ildə Azərbaycanın böyük hissəsi məhz Osmanlının hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılıb və Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən erməni-daşnak işğalından azad edilib.