Sabah böyük komandaya qarşı oynayacağıq.
"Tvit.az" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, bu cür komanda ilə qarşılaşmağın Azərbaycan futboluna böyük fayda verəcəyini bildirib: “Sabah yaxşı oyun göstərmək, azarkeşləri sevindirmək istəyirik. “Çelsi”nin Bakıya səfəri futbolumuzun inkişafı üçün önəmlidir”.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.