Rusiyanın İtaliyadakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə KİV-də aparılan antirusiya kampaniyası ilə bağlı qəti etirazını bildirib.
Tvit.az xəbər veri ki, bu barədə xarici KİV məlumat yayıb.
Diplomatik nümayəndəliyin bəyanatına əsasən, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Romadakı qüllənin uçması ilə bağlı açıqlamasından sonra İtaliya KİV-də “kobud və iyrənc” antirusiya kampaniyası başladıb.
“Qəti etiraz bildirildi”, - deyə bəyanatda qeyd olunur.
Bundan əvvəl Zaxarova bildirmişdi ki, əgər Roma Ukraynaya maliyyə dəstəyi göstərməyə davam etsə, İtaliya dağılma ilə üzləşəcək.