Kolumbiya prezidenti Qustavo Petro İsrailin hücumları səbəbiylə müalicəyə ehtiyacı olan fələstinli uşaqlara dəstək olmaq üçün Qəzzaya könüllü həkimlər göndərəcəklərini bildirib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Biz bu gün mövcud olan mexanizmlər çərçivəsində Qəzzaya Kolumbiya hərbi xəstəxanasından həkimlər və könüllülər göndərəcəyik ki, yeni mexatronik protezlər itirilmiş əzalara uyğunlaşdırılsın”,- deyə Kolumbiya lideri vurğulayıb.
Elmin Alışov