Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Belarus bu ölkədə səfirlik açacaq
dünya

Belarus bu ölkədə səfirlik açacaq

03-11-2025 19:00 29 Views
IMG

Belarus rəsmiləri 2026-cı ilin sentyabrına qədər Slovakiyada səfirlik açmağı planlaşdırır.

Tvit.az xarici mediaya istinadla xəbər verir ki, müvafiq fərmanı Belarusun baş naziri Aleksandr Turçin imzalayıb.

"Belarus Respublikasının Slovakiya Respublikasındakı səfirliyinin 2026-cı il sentyabrın 1-dək açılması planlaşdırılır," - deyə hökumətin mətbuat xidmətindən bildirilib.

Onun sözlərinə görə, Belarusun Slovakiyada daimi diplomatik mövcudluğunun bərpası siyasi, ticarət, iqtisadi və investisiya əlaqələrinin inkişafı, sənaye əməkdaşlığı imkanlarının praktiki öyrənilməsi və yeni bazarların birgə inkişafı üzrə işlərin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.

Aysel Şirinova