Moskvanın "Spektr" ticarət və əyləncə mərkəzində baş verən yanğın nəticəsində 215 nəfər evakuasiya edilib.
Tvit.az bu barədə Rusiya mediasına istinadla məlumat verir.
"Yanğın ticarət mərkəzinin üçüncü mərtəbəsindəki otaqlardan birində baş verib: Novoyasenevski prospekt, 1. Binadan təxminən 215 nəfər təxliyə edilib," - deyə mediadan bildirilib.
Yanğın söndürülüb.
Aysel Şirinova