Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qar uçqunu nəticəsində 7 nəfər öldü - Bu ölkədə
dünya

Qar uçqunu nəticəsində 7 nəfər öldü - Bu ölkədə

03-11-2025 18:00 26 Views
IMG

Nepaldakı qar uçqunu nəticəsində yeddi nəfər ölüb, dördü yaralanıb, dördü isə itkin düşüb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ölənlər arasında üç ABŞ vətəndaşı, biri Kanada, bir İtaliya və iki Nepal vətəndaşının olduğu bildirilib.

Qar uçqunu Nepal və xarici alpinistlərdən ibarət bir qrup, yerli bələdçilərlə birlikdə Yalung Ri baza düşərgəsində Dolma Khanqın (6,332 m) daha yüksək zirvəsinə dırmaşmağa hazırlaşdıqda düşüb.

Axtarış-xilasetmə əməliyyatları gecə saatlarında dayandırılıb. Sübh tezdən də davam edəcək.

Aysel Şirinova